Biçindən sonra taxıl sahələrinin yandırılması yanğın təhlükəsizliyi baxımından yol verilməzdir

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şərur rayon Məmmədsabir kəndində  keçirilən seminar-müşavirə belə adlanır.

Tədbirdə nazirliyin əməkdaşları muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi və xüsusilə taxıl sahələrinin biçindən sonra yandırılmaması istiqamətində görülmüş işlər haqqında məlumat veriblər.

Həmçinin ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri haqqında da vətəndaşlar  məlumatlandırılıb.

Seminar-müşavirənin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tövsiyə xarakterli  yaddaş kitabçaları təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: