2018-ci ilin 6 ayı ərzində 34 ailə mənzil sahibi olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılıb.

NUHÇIXAN xəbər verir ki, 2018-ci il ərzində cəmiyyət tərəfindən əhaliyə 1 milyon 345 min 546 manat məbləğində ipoteka  krediti  verilib. Bu vəsaitin  946 min 732 manatı ümumi, 398 min 813 manatını  güzəştli ipoteka  vəsaiti təşkil edib. Cari ilin 6 ayı ərzində ümumilikdə fond tərəfindən verilmiş vəsait hesabına 34 ailə mənzillə təmin olunub. Bunlardan 25 ailəyə ümumi, 9 ailəyə isə güzəştli şərtlərlə ipoteka krediti verilib. İndiyədək  99 ailə öz mənzilinin sahibi olub.

Gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2014-cü ilin may ayında Naxçıvan şəhərinin Əziz Əliyev prospektində beş mərtəbədən ibarət 3 yaşayış binası, sözügedən prospektdə geniş bir ərazini əhatə edən daha bir yaşayış kompleksi-Gənclər şəhərciyi tikilib istifadəyə verilib. Həmin binalardakı mənzillərin də bir qismi artıq ipoteka ilə satılıb.                                                                            

Bundan başqa, 2018-ci ilin 6 ayında Naxçıvanbank da öz vəsaiti hesabına yeni inşa edilən binalarda mənzillərin ipotekaya verilməsini həyata keçirib. Naxçıvanbank ASC-nin xətti ilə 2018-ci ilin 6 ayı ərzindəğ 3 ailəyə 150 min manat dəyərində ipoteka krediti verilib. Ümumilikdə, 98 ailə bu kreditlər hesabına öz mənzilinin sahibi olub. 10 illik müddətə və 11 faizlə verilən mənzillərə tələbat da kifayət qədərdir. İpoteka kreditləri maksimum 50 min manatadək verilir.

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində  Sədərək, Babək və Kəngərli rayonlarının hər birində yaşayış binasının tikintisi davam etdirilir. Yeni binaların inşası gənc ailələrin mənzil problemlərinin həllinə də öz töhfəsini verəcək.     

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: