Qıvraq qəsəbəsindəki əsgərlərə sovqat aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada hərbi hissələrə sovqatların verilməsi davam etdirilir.
Belə ki, növbəti dəfə xalq-ordu birliyinə nümunə olaraq əsgərlərimiz üçün “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən Qıvraq qəsəbəsindəki hərbi hissəyə 2150 kiloqram soğan təhvil verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən müəssisənin rəhbəri Fikrət Əhmədov bunu özlərinin vətəndaşlıq borcu hesab etdiyini deyib.
Hərbi hissənin zabiti Cavanşir Hüseynov gətirilən sovqata görə minnətdarlıq edib.
Məhəmməd Fərəcov