Toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağalar hələki qüvvədə qalır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, toy və yas mərasimləri ilə bağlı qadağalar, o cümlədən qanunlar hamı üçün bərabərdir.
PA rəsmisi əlavə edib ki, restoranların qapalı məkanda fəaliyyəti ilə bağlı da yekun qərar hələ qəbul edilməyib.