Naxçıvanda növbəti yarmarka keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub. Yarmarkaya 21 istehsal müəssisəsi və 300-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 165 çeşiddə muxtar respublikamızın ayrı-ayrı rayonlarından 100 tona yaxın müxtəlif  yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.

Mövsümlə əlaqədar olaraq alıcılara daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də kənd təsərrüfatı məhsulları təklif olunub.

Bu gün, həmçinin Şərur rayonunda da kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Şərur şəhərində təşkil edilən yarmarkaya isə 98 çeşiddə 10 tona yaxın məhsul çıxarılıb.

 

                                                  Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: