Bu gün Aşuradır

A- A A+

Bu gün Məhərrəm ayının 10-cu günü olan Aşuradır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.

Aksiya xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməklə, donorların sağlamlığı yoxlanıldıqdan sonra reallaşacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Qeyd edək ki, avqustun 21-dən başlayan Məhərrəm ayı oktyabrın 19-da başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: