“Qeyrət qala”sında Bayraq meydanı qurulur

A- A A+

Bayraq, azadlıq və istiqlal rəmzi, xalqın məxsus olduğu dövlətin müstəqilliyinin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il sentyabrın 1-də Bakı şəhərində tikilən Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyib: “Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir...”

Dövlət rəmzlərimizi təbliğ etmək, cəmiyyətin hər bir üzvünə milli dəyərlərimizə hörmət və sevgi aşılamaq Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün vacib amillərdəndir.

Naxçıvan-Sədərək magistral yolunun sağ tərəfində tikintisi aparılan Bayraq Meydanında işlər davam edir. Hazırda hündürlüyü 36,70 metr olacaq bayraq dirəyi quraşdırılan meydanının ətrafına daşlar düzülür.

Sədərək rayonunun görkəmli yerində yüksələcək üçrəngli bayrağımız dalğalanaraq bir addımlığında yerləşən düşmənə göz dağı olacaq.  Qərbə açılan qapımız olan Sədərəkdən gəlib-gedən hər kəs bayrağımızın vüqarlı duruşunu seyr edəcək.

                                                                    “Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: