XİN-in nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu Türkiyənin Zəfər bayramı münasibətilə videoçarx hazırlayıb - VİDEO
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş videoçarx hazırlanıb. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Azərbaycan və Türkiyə prezidentlərinin ölkələrimiz arasında qardaşlıq münasibətləri haqqında söylədikləri kəlamlarla başlayan videoçarxda Bakıda Şəhidlər xiyabanında, Türk şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb. Videoçarxda Səməd Vurğunun “Azərbaycan” şeirinin misralarının müşayiəti ilə, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq
Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir.
Videoçarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb.