Niderland portalında şəhid Anar Novruzov haqqında məqalə dərc edilib

A- A A+

Niderlandın haber.nl portalında “Anar Novruzovun xatirəsinə” sərlövhəli məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Niderland dilində hazırlanan məqalədə iyul şəhidi mayor Anar Novruzov haqqında ətraflı məlumat verilib.

Bildirilir ki, Masallı rayonunun Ərkivan kəndində dünyaya gəlmiş Anar Novruzov 1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib və həmin vaxtdan hərbi xidmətə başlayıb. Yazıda onun 2016-cı il Aprel döyüşlərində şücaətindən söz açılıb. Daim ən qaynar döyüş bölgələrində olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, Türkiyədə peşəkar təlim keçərək 20 ildən çox hərbi sahədə çalışan A. Novruzov “Akula” ləqəbli kəşfiyyatçı kimi düşmənin kabusuna çevrilib.

Məqalədə A. Novruzovun həyatı haqqında məlumat verilərək, onun cari il iyulun 14-də Vətən torpaqları, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olduğu yazılıb.

Şəhid mayor Anar Novruzovun nümunəvi xidmətinə görə təltif edildiyi diqqətə çatdırılıb. 13 yaşlı oğlunun atasının yolunu davam etdirmək istədiyi qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: