Naxçıvanda 3 hərbi qulluqçumuz həlak olub

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi uğurlu “Günnüt əməliyyatı” həm mülki əhalidə, həm də ordumuzun şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb. Bu uğurlu əməliyyatlarda öz şücaətləri ilə seçilən hərbi qulluqçularımızın bir qrupu iyulun 5-i saat 18:30 radələrində avtomobil qəzasına düşüblər.

NUHÇIXAN Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobilin qəzaya uğraması nəticəsində 3 (üç) nəfər həlak olub, 11 (on bir) nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçularımız iyulun 6-da yüzlərlə gəncin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş  Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.

Allah rəhmət eləsin !

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: