Naxçıvanda Aşura günü qanvermə aksiyaları keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünən Aşura mərasimi ilə əlaqədar muxtar respublika xəstəxanasının mərkəzi qan bankında, rayon və kənd sahə xəstəxanalarında qanvermə aksiyaları keçirilib.
Aksiya zamanı həkimlər tərəfindən vətəndaşlar müayinə olunduqdan sonra onlardan müvafiq qan qruplarına uyğun olaraq qan götürülüb.
Toplanan qan analiz ediləndən sonra hemofiliya və talassemiyadan əziyyət çəkənlərə, eləcə də operativ əməliyyatlarda ehtiyacı olan xəstələrə çatdırılacaq.
Hər il olduğu kimi bu il də aksiyada vətəndaşlar fəallıq göstəriblər.
Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq bu ilki qanvermə aksiyaları məscidlərdə yox, səhiyyə müəssisələrində təşkil olunub.
Əbülfəz Dünyamalıyev