Batabatda təmizlik aksiyası keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edib. Aksiyada insanların istirahət etdiyi ərazilərdə tullantılar təmizlənib, səliqə-sahman yaradılıb. İstirahət bölgəsində tullantı qutularının sayı da artırılıb. Məqsəd əraziləri təmiz saxlamaqla yanaşı əhalinin ətraf mühitə qayğı ilə yanaşmasını təbliğ etməkdir.
Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə Batabat ərazisində gənclərin və könüllülərin iştirakı ilə təmizlik aksiyası keçirilib.
Novruz Məmmədov