Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindəki yeni texnikaların istifadəsinə başlanılıb - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, avqustun 28-də Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq təqdim olunub. Artıq bu texnikalardan sahələrdə istifadəyə başlanılıb. Yeni texnika və texnoloji avadanlıqlar arx və kanalların qazılması, təmizlənməsi, ərazilərin hamarlanması, yeraltı suların və boru xətlərində su sızmalarının təyin olunması, su sərfiyyatının ölçülməsi kimi işlərin həyata keçirilməsində istifadə olunacaq.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: