Fiziki cəhətdən özünüzü tez-tez yorğun hiss edir və ya əzələ ağrılarından şikayətlənirsinizsə, bu xəbər sizin üçündür.
NUHÇIXAN xəbər verir ki, müasir dünyada xroniki yorğunluq insanların tez-tez rastlaşdığı problemlərdən birinə çevrilib. Həkimlər orqanizmdə daimi yorğunluğun depressiya, həddən artıq tərləmə, əzələ və sümük ağrılarına səbəb olduğunu bildirirlər.
Onların sözlərinə görə, bu problem birbaşa bədəndə D vitaminin azlığından qaynaqlanır. Buna görə də, gün ərzində ən azı 20 dəqiqə günəş şüası qəbul etmək vacibdir. Həkimlər D vitamini əksikliyinin xərçəng, diabet, infeksiya, yüksək təzyiq kimi problemlərə səbəb olduğunu vurğulayırlar.
Bundan əlavə bir neçə qidanı davamlı qəbul etməklə bədəndə D vitamininin səviyyəsini tənzimləyə bilərsiniz: 1. Balıq yağı, balıq
2. Yumurta sarısı
3. Pendir
4. Kərə yağı
5. Qaraciyər
Qeyd edək ki, D vitamini təbii halda qidaların tərkibində çox az miqdardadır.