Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, aparılmış məqsədyönlü tədbirlərin nəticəsi olaraq muxtar respublikada məşğul əhalinin sayı 2005-ci ilin sonu ilə müqayisədə 1,4 dəfə artaraq 1 iyul 2020-ci il tarixə 249,6 min nəfərə çatıbdır.
Həmçinin sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaradıb. Belə ki, 2005-ci ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 23,6 faizini təşkil etdiyi halda, 2020-ci ilin yanvar-iyun aylarında bu göstərici 15,2 faiz səviyyəsində olubdur.