Muxtar respublikada məktəbli yarmarkaları davam edir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Mərkəzi Bazarda təşkil olunan ənənəvi məktəbli yarmarkasında məktəbli geyimləri ilə yanaşı, lazım olan bütün dərs ləvazimatlarının satışına geniş yer ayrılıb. Həmçinin bu il istifadə olunacaq məktəbli kitabçası da yerli istehsal hesabınadır.
3-ü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin istehsal etdiyi məhsulların çıxarıldığı yarmarkada alıcılar qiymətlərdən razı qalırlar.
Naxçıvan Tikiş Fabriki, Zümrüd Firması və “Şirvanşahlar” ayaqqabı istehsalı müəssisəsi tərəfindən də yerli məhsullar satışa çıxarılıb.
Alıcılara yüksək səviyyədə xidmət göstərilməsi və süni qiymət artımının qarşısını almaq üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları yarmarkaya mütəmadi nəzarət edilər.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün bölgələrində, rayon mərkəzləri və kəndlərdə də təşkil olunub.
Adilə Səfərova