Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında “uşaq pulu” məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb. Qeyd olunur ki, guya bir müddət əvvəl Milli Məclisin Sədri Sahibə Qafarova “uşaq pulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyi verilən məlumata görə, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.