Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına səfərim
Almaniya vətəndaşı Waltraud Hofbauer Naxçıvanda səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra www.hofbauer-birding.de internet portalında Naxçıvan Muxtar Respublikasına etdiyi səfər barədə yazı yerləşdirmişdir. Həmin yazını təqdim edirik.
Bir həftədir ki, mən Almaniyanın Münhen şəhərində yaşayan dostum Markus Dahne ilə birlikdə ikihəftəlik yaz məzuniyyətimdən geri qayıtmışam. Mayın 28-dən iyunun 8-dək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında səfərdə oldum. Kəşf edilməmiş ərazilərdə birinci həftəni Azərbaycanın şimal hissəsi hesab olunan Böyük Qafqaz, sonra isə Xəzər dənizinin ətrafında olan Şirvan və Qızılağac Milli parklarında keçirdik. İkinci həftəni biz Azərbaycanın cənubunda, İran sərhədində olan Talış dağlarında keçirdikdən sonra səfərimizin son üç gününü Naxçıvan Muxtar Respublikasında keçirməyi qərarlaşdırdıq. Elə bu məqsədlə də Naxçıvan şəhərinə yola düşdük. Naxçıvanda bizi Kiçik Qafqaz və gözəl təbiət mənzərələri gözləyirdi.
Bizim tur proqramımız “Batumu Birding” turizm şirkətinin “Oliver Travel” və “Natiq Travel Naxçıvan” turizm təşkilatları ilə əməkdaşlığı çərçivəsində təşkil edilmişdi. On ildən artıqdır ki, Azərbaycanı tanıyan və Almaniyanın “Greifsward” universitetinin ornitologiya ixtisasını bitirmiş Michaei Heib adlı qrup rəhbəri ilə birlikdə biz, demək olar ki, ərazidə görmək istədiyimiz bütün quş növlərini gördük. Bizim qrup 7 nəfərdən ibarət idi. Ərazidə biz Qafqaz tetrası (Lymms miokosiewiczi), Qafqaz uları (Tetraogaiius caucasicus), Səhra kəkliyi (Ammoperdix griseogulahs), Kəklik (Alectoris chukar), Aladöş Çərənçi (Pmnella ocularis), Tuqay bülbülü (Cercotrichas galactotes), Ağboğaz bülbül (Irania gutturalis), Qızılquyruq çaxraqcılı (Oenanthe chrysopygi), Kiçik qayalıq sittası (Sitta neumayer), Böyük qayalıq sittası (Sitta tephronota), Qırmızıqanad hörücüyəoxşar (Serinus pusiiius), Səhra çaxraqcılı (Rhodospiza obsoieta) və Qayalıq vələmirquşlarını (Embenza buchanani) gördük. Gördüyümüz quşların əksəriyyəti dağlıq ərazilərdə yaşayır. Həmin quşları görmək üçün vaxtımızın əksər hissəsini dağ yamacları və yüksəklik ərazilərdə keçirdik. Uzun günlər və uzun gəzintilərlə gərgin tur proqramı keçdik və çoxlu sayda yeni quş növləri və gözəl təbiət mənzərələri müşahidə etdik. Səfər müddətində Naxçıvanda 185 quş növü gördük ki, onlardan da 44-ü mənim üçün yeni quş növləri idi. Mən bu əraziyə yenidən qayıtmağı nəzərdə tuturam.