AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan əsərlərin virtual sərgisi təşkil edilib.
Bölmədən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sərgidə “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan 33 kitabın elektron versiyası nümayiş olunur. Həmçinin, burada əsərlərin dəyərindən bəhs edən, müxtəlif mətbuat orqanlarında və internet saytlarında dərc olunan yazıların bəzilərinin elektron versiyaları da oxucuların diqqətinə çatdırılır.
Burada əsas məqsəd gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasında, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin aşılanmasında mühüm rola malik kitabların oxuculara daha rahat və əlçatan olmasını təmin etməkdir.
Ziyarətçilər aşağıdakı linkə daxil olaraq sözügedən kitabları PDF formatda da əldə edə bilərlər.