Həkimlər obalarda olub

A- A A+

Şahbuz rayonunun təbii-iqlim şəraiti, təmiz havası  geniş və zəngin  otlaq sahələri heyvandarlıqla məşğul olmaq üçün münbit şərait yaradır. Bu rayon ərazisindəki yaylaqlarda  təkcə yerli fermerlər deyil, həmçinin muxtar respublikanın digər bölgələrindən gələn təsərrüfat sahibləri də mal-qaralarını bu yurd yerlərinə  çıxararaq ailəliklə  oba qurub yaşayırlar. Onların sağlamlıqları daim diqqət mərkəzində saxlanılır. NUHÇIXAN xəbər verir ki, Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası yaylaq ərazisindəki təsərrüfat sahiblərinə və ailələrinə növbəti dəfə baş çəkiblər. Rayon mərkəzi xəstəxanasının həkimləri  oba sakinlərini müayinə edərək onlara tibbi məsləhətlər verib. Müayinələr zamanı aşkar olunan xəstəliklərlə bağlı sakinlərə məlumatlar verilib, dərmanlar təyin olunub.                                                 

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: