Tivi Su Elektrik Stansiyasında illik 47 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək - VİDEO
Naxçıvanın enerji təhlükəsizliyində özünəməxsus rol oynayacaq olan Ordubad rayonunda tikilən Tivi Su Elektrik Stansiyası derivasiya tipli olacaq. 15,6 meqavat gücündə layihələndirilən stansiyada illik 47 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Bu da muxtar respublikada tələbatın 9-10 faizinə bərabərdir. Stansiya istifadəyə verildikdən sonra muxtar respublikanın illik enerji tələbatının 70 faizə yaxını bərpa olunan enerji mənbələri hesabına ödəniləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Əbülfəz Dünyamalıyev