Naxçıvanlı gənclərin “Əshabi-Kəhf” Dini Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekskursiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı “Naxçıvanı tanıyaq” devizi altında həyata keçirilib.

20-ə yaxın gəncin iştirak etdiyi ekskursiyada onlara bildirilib ki, bu cür gəzintilərin təşkil olunmasında məqsəd muxtar respublikanın tarixi yerlərini və turizm məkanlarını gənclərə tanıtmaq, bu zaman çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılmaqla muxtar respublikanın təbliğində onların fəallığını artırmaqdır. Sonra gənclər Komplekslə  tanış olub, onlara dini ziyarətgah barədə məlumat verilib.

                                                              

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: