Ədliyyə sistemində səmərəli probasiya nəzarəti həyata keçirilir

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Ədliyyə sistemində yaradılan yeni probasiya sahəsi müasir informasiya kommunikasiya texnologiyaları ilə elektron nəzarət vasitələrinin tətbiqini həyata keçirir. Cəzaya məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətini həyata keçirən elektron vasitələrə mobil qurğular, eləcə də izlənmə monitorları daxildir.

İcra məmurları tərəfindən elektron nəzarət vasitəsi məhkum edilmiş  şəxslərin üzərinə bağlanır ki, bu da onların hərəkət trayektoriyalarının  24 saat ərzində fasiləsiz izlənməsinə, müvafiq məlumatların izlənmə monitoruna ötürülməsinə imkan yaradır. İzlənmə monitoru məlumatlarını qəbul edir, məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ona nəzarəti həyata keçirir.

Nazirliyin əməkdaşları tərəfindən mütəmadi olaraq muxtar respublika ərazisində cəza çəkən  şəxslərlə aparılan profilaktiki söhbətlər nəticəsində bu günədək hər hansı qanun pozuntu halı baş verməyib.

Qeyd edək ki, muxtar respublikada aparılan hüquqi islahatların davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılıb. Qısa zamanda nazirlikdə elektron nəzarəti həyata keçirmək məqsədilə elektron izlənmə sistemi qurulub.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: