Naxçıvanda hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması diqqət mərkəzindədir - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında xidmət keçən hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması işi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq hazırda tikinti işlərinin aparıldığı və MDB məkanında ən böyük hərbi xəstəxanalardan olacaq Naxçıvan Muxtar Respublikası Mərkəzi Hərbi Hospitalını misal göstərmək olar.
Tibbin ən son nailiyyətlərindən olan avadanlıqlarla təchiz edilmiş hərbi hissələrin xəstəxana və tibb məntəqələrində müxtəlif bölmə, kabinə və laboratoriyalar fəaliyyət göstərir. Bütün hərbi xəstəxanalarda şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları mövcuddur. Müalicə və müayinə olunan hərbi qulluqçuların qidalanması və asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır. Hərbi tibb personalı yaradılan hərtərəfli şəraitdən istifadə edərək hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün əllərindən gələni əsirgəmirlər.
Nəriman Nəcəfov