Maliyyə Tədris Mərkəzinin direktoru Beynəlxalq Konfransda iştirak edib - FOTOLAR

A- A A+

Turizm Akademikləri Dərnəyi (TUADER) tərəfindən Türkiyənin qabaqcıl universitetlərinin dəstəyi və dünya miqyasında tanınmış turizm alimlərinin iştirakı ilə təşkil olunan  ”Daha yaxşı dünya üçün turizm” adlı beynəlxalq  konfransın 2-5 sentyabr tarixlərində onlayn olaraq keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfransın ilk günü bölmə iclasında Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova “Azərbaycan turizm sənayesinin qiymətləndirilməsi” mövzusunda çıxış edib. Qeyd edilib ki, 2019-cu ildə turizm sənayesinin inkişafında əvvəlki illərə nisbətən bütün amillər üzrə artım müşahidə olunsa da, inkişaf etmiş ölkələrdən Azərbaycana gələn turistlərin sayının artırılması üçün müvafiq tədbirlərin görülməsinə ehtiyac vardır.

Konfransda muxtar respublikanın əhəmiyyətli turistik obyektlərindən biri olan Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumat iştirakçıların böyük marağına səbəb olub.
Sonda dinləyicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd dünya ölkələrində turizmin inkişafının qiymətləndirilməsi, pandemiya dövründə turizm sektorunun dəyərləndirilməsi, turizm məhsullarının markalanmasına təsir edən faktorlar və digər qlobal problemlərin müzakirə olunmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: