Kəngərli rayonunda 120 min kvadratmetr ərazi dezinfeksiya edildi - FOTOLAR
Muxtar respublikanın hər yerində olduğu kimi Kəngərli rayonunda da infeksion və mövsümi xəstəliklərə, viruslara yoluxma hallarına yol verilməməsi və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ardıcıl işlər görülür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qabaqlayıcı tədbirlər bu dəfə rayonun Qıvraq qəsəbəsi, Xok, Şahtaxtı və Qarabağlar kəndlərində həyata keçirilib. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən, ümumilikdə 120 min kvadratmetr ərazi dezinfeksiya edilib. Görülən işlər rayon sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.
Mədinə Rəhimli