Dəmirçi kəndində quşların qanunsuz ovlanmasına qarşı maarifləndirici tədbir

A- A A+

Muxtar respublikada ekoloji tarazlığın qorunması və təbii sərvətlərdən düzgün istifadə qaydaları ilə bağlı Şərur rayonunun Dəmirçi kəndində maarifləndirici tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirin bu yaşayış məntəqəsində keçirilməsində məqsəd bu günlərdə bu kəndin ərazisində kəkliklərin qanunsuz  ovlanmasıdır.  

Tədbirdə bildirilib ki, belə tədbirlər davamlı xarekter alsa da, hələ də qanundankənar hallar aşkar olunur. Belə halların qarşısının alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməlidir.

Kəkliklərin qanunsuz ovlanması və bu kimi halların qarşısının alınması məqsədilə əhali arasında təbliğat işlərinin aparılmasına diqqət daha da artırılmalıdır. Bütün bu hallara qarşı tək ekoloqlar deyil, hamılıqla mübarizə aparılmalı, vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Həmçinin məişət tullantılarının idarə olunması, içməli və təsərrüfat əhəmiyyətli su mənbələrinin çirklənməsinə qarşı mübarizənin aparılması barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda qanunsuz ov zamanı vətəndaşların daşıyacağı hüquqi məsuliyyət, ətraf mühitin mühafizəsi sahəsində qəbul olunmuş  aktlar barədə  iştirakçılara ətraflı məlumat verilib.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: