Babək rayonunda 200 min kvadratmetr ərazi dezinfeksiya edilib - FOTOLAR

A- A A+

Muxtar respublikada infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı dezinfeksiya tədbirləri aparılır. Növbəti tədbir Babək rayonunda həyata keçirilib.                                                                 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə  rayonun Babək şəhəri, Nehrəm qəsəbəsinin əsas yolları, Nehrəm qəsəbəsindəki ictimai və sosial obyektlər, o cümlədən Cəhri qəsəbəsinin əsas yolları və sosial infrastrukturlarını əhatə edən ərazi və binalarda dezinfeksiya işləri həyata keçirilib. Rayon ərazisində olan istirahət mərkəzləri, parklar, ictimai iaşə obyektləri, prospekt və küçələr, xəstəxana və digər obyektlər xüsusi məhlulla dezinfeksiya olunub.

Qabaqlayıcı profilaktik tədbirləri həyata keçirən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən ümumilikdə, 200 min kvadratmetr ərazi dezinfeksiya edilib.

Səftər Sadiqov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: