Gürcüstan mətbuatı Azərbaycanın BMT Baş Assambleyasında nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirib - FOTOLAR
Gürcüstan mətbuatı BMT Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın rəsmi Tbilisinin mövqeyini dəstəkləməsi barədə materiallar dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gürcüstanın nüfuzlu geotimes.ge və newsday.ge informasiya portallarında dərc olunan materiallarda Gürcüstandan olan məcburi köçkünlərlə bağlı məsələdə qonşu Azərbaycanın və Türkiyənin rəsmi Tbilisinin mövqeyini dəstəkləməsi xüsusi qeyd olunur. Bildirilir ki, səsvermə zamanı 84 ölkə, o cümlədən Azərbaycan və Türkiyə həmişə olduğu kimi, Gürcüstanın mövqeyini müdafiə ediblər.
İclasda iştirak edən 13 ölkə sənədin əleyhinə səs verib.
Qeyd olunub ki, Ermənistan müxtəlif bəhanələrlə məsələdə “neytrallıq” nümayiş etdirib və səsvermədə iştirak etməkdən boyun qaçırıb. Bu da Ermənistanın növbəti xəyanəti kimi qiymətləndirilir.
Gürcüstan Prezidenti Salome Zurabişvili sənədin lehinə səs verən ölkələrə, o cümlədən Azərbaycana və Türkiyəyə minnətdarlıq edib.