Nikah pozulduqdan sonra tərəflərin kredit və ya digər borcları necə bölünür?

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə, nikah dövründə əldə edilmiş əmlak bərabər bölünür. Lakin ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Digər məsələ isə nikah dövründə əldə edilmiş əmlak bölündüyü qədər, nikah dövründə yaranmış borcları da buna şamil etmək olar. Nikah pozulduqdan sonra ər-arvad bir birindən borcun yarısını da tələb edə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın borcları onun payına uyğun olaraq müəyyən edilir.

Məsələn, nikah dövründə ər arvadın adına 2000 manat pul kredit götürür və faizi ilə birlikdə bu məbləğ 3000 manat edir. Nikah Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

 Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: