Şərurda ailə təsərrüfatçıları soğan yığımına başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun ailə təsərrüfatlarında soğan yığılır. Əldə edilən məhsul daxili bazarı təmin etməklə yanaşı, həm də qış aylarında əhalinin bu vacib ərzağa olan tələbatının ödənilməsi məqsədilə anbarlara tədarük edilir. Rayonun torpaq mülkiyyətçiləri ötən il 150 hektarda soğan yetişdirib, 2824 ton məhsul tədarük edərək bazar və yarmarkalara çıxarıblar. Ailə təsərrüfatçılarının bu il də əldə etdiyi nəticələr yüksəkdir. Bir çox mülkiyyətçilər hər hektardan 50 tona yaxın məhsul götürürlər.

Rayonun Cəlilkənd, Zeyvə, Xələc, Muğancıq-Mehrab, Düdəngə, Sərxanlı, Kürçülü və digər yaşayış məntəqələrində soğanın əkilib becərilməsinə maraq göstərənlər çoxdur.

Qeyd edək ki, soğan Şərur rayonunun torpaq-iqlim şəraitinə  uyğun faydalı bitkidir. Odur ki, ailə təsərrüfatçıları  bu bitkinin əkininə, onun aqrotexniki qaydalar əsasında  becərilməsinə üstünlük verirlər.

Soğan əkini sahələrini genişləndirən torpaq mülkiyyətçiləri əldə etdikləri məhsulu xarici ölkələrə ixrac etməyi də planlaşdırır. 

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: