Növbəti dezinfeksiya tədbirləri Ordubad rayonunda aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayon üzrə, ümumilikdə 320 kvadratmetr ərazi dezinfeksiya olunub. Aparılan tədbirlər çərçivəsində Ordubad şəhərinin avtomobil yolları, prospekt və küçələri, rayon İçməli Su Anbarı, “N” saylı hərbi hissənin ərazisi, hərbi şəhərcik və sərhəd zastavaları dərmanlanıb.
Həmçinin Ordubad rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafı, yaşayış binalarının zirzəmisi, müəssisə və təşkilatların ətrafı, Ordubad rayon Mərkəzi Xəstəxanası, Rabitə evi, Uşaq bağçası, Dəmir yol vağzalı, Ordubad rayon 3 nömrəli tam orta məktəbi, peşə və internat məktəbi, avtovağzal, ticarət mərkəzləri və digər ərazilər dezinfeksiya edilib.
Qeyd edək ki, aparılan qabaqlayıcı tədbirlər sakinlər tərəfindən də razılıqla qarşılanır.
Mahmud Hüseynov