Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirlik insanların daha çox sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadəsini nəzərə alaraq ilin əvvəlində rəsmi instaqram səhifəsini, hazırda isə özünün rəsmi "Facebook" səhifəsini ictimaiyyətin istifadəsinə verib. Belə ki, instaqram səhifəsində olduğu kimi "Facebook" səhifəsində də muxtar respublika ilə əlaqədar rəsmi xəbərlər, nazirliyin fəaliyyət istiqamətinə uyğun gördüyü işlər və hüquqi maarifləndirmə xarakterli paylaşımlar edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Facebook" sosial şəbəkəsinə həm də nazirliyin rəsmi internet səhifəsi olan edliyye.nakhchivan.az saytından keçid təmin edilib. Sosial şəbəkə istifadəçiləri vaxt itkisinə yol vermədən ədliyyə orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər göndərə bilər, nazirliyin fəaliyyət istiqamətləri üzrə görülən işlərlə yanaşı hüquqi maarifləndirmə mövzularında məlumatlarla daha yaxından tanış ola bilərlər.
İstifadəçilər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/ edliyye.nakhchivan.mr /