“Koronavirus pandemiyası ilə mübarizə” adlı rəsm müsabiqəsinin qalibləri bəlli oldu - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeniyetmə və gənclər  arasında keçirilən  müsabiqənin mükafatlandırma mərasimi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda baş tutub. Müsabiqəyə 30 rəsm əsəri təqdim olunub.

Tədbirdə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov bildiriblər ki, keçirilən belə müsabiqələrin  əsas məqsədi istedadlı və qabiliyyətli uşaqların üzə çıxarılması və onların gələcək fəaliyyətlərində uğur qazanmasına köməklik göstərməkdir.

Sonra müsabiqə qaliblərinə mükafat və diplomlar təqdim olunub. Müsabiqənin nəticələrinə uyğun olaraq Çinar Hacıyev I, Cansu Kərimli II, Zeynəb Mehdiyeva isə III yerin qalibi olublar.

Tədbirin sonunda müsabiqə iştirakçılarının rəsmlərindən ibarət sərgiyə baxış olub.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: