Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi yekunlaşıb

A- A A+

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Fond tərəfindən sentyabr ayı üçün pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi başa çatdırılıb. Tələb olunan vəsait fondun xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl pensiyaçıların plastik bankomat kartlarına və kəndlərdə yaşayan pensiyaçıların istəklərinə əsasən poçt ünvanlarına köçürülməklə, pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılıb. Hal-hazırda isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.

        

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: