Naxçıvanda 458 sosial qayğıya ehtiyacı olan şagirdə məktəbli forması və dərs ləvazimatları verildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev Bilik Günü münasibətilə uşaqları təbrik ediblər.  Daha sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 78, sağlamlıq imkanları məhdud 290, aztəminatlı ailələrin övladlarından isə 90 olmaqla, ümumilikdə 458 məktəbli təhsil sovqatı ilə sevindirilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında  həyata keçirilən kompleks tədbirlər  sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin əsası qoyulub. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların məktəbli geyim və lavəzimatları ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir. Eyni zamanda, uşaqlara mənəvi dayaq, valideynlərə göstərilən maddi dəstəkdir.

Tədbirdə valideynlər adından çıxış edən Aynur Şahbazova  dövlətimizə öz minnətdarlığını bildirib.

 Qeyd edək ki, tədbir muxtar respublikanın  bütün rayonlarını əhatə edib.

                                  

Nurlana Əhmədova

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: