Sədərəkdə Radio-Televiziya Ötürücü Stansiya üçün bina inşa olunur - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonu ərazisində tikilən stansiyanın ümumi sahəsi 192 kvadratmetr olacaq. Rayon ərazisində radio və televiziya yayımının əhatə dairəsini genişləndirmək məqsədilə inşa olunan stansiyada hazırda dirəklər basdırılır, binaya elektrik xətləri çəkilir, fasadında boyama işləri görülür. Yaradılan şərait nəticəsində ərazidə teleradio yayımlarının keyfiyyəti daha da yüksələcək.
Qeyd edək ki, son illər sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunda genişmiqyaslı quruculuq işləri aparılıb, rayon hərtərəfli sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub.
Nurlana Əhmədova