Naxçıvanın qədim məhəllələrində dezinfeksiya işləri aparılıb - FOTOLAR

A- A A+

Muxtar respublikada əhalinin sağlamlığının tam təmin olunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə davamlı olaraq dezinfeksiya və tibbi profilaktik  tədbirlər görülür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qabaqlayıcı və profilaktiki tədbirlər bu dəfə  Naxçıvan şəhərinin Əlincə, Atabəylər və Babək məhəllələrində həyata keçirilib.

Yaşayış binalarının ətrafı, zirzəmilər, binaların giriş hissələri və bağçalar, ictimai-iaşə obyektləri və insanların sıx toplaşdığı ərazilər dezinfeksiya olunub. Həmçinin qabaqlayıcı profilaktiki tədbirlər aparılıb. Dezinfeksiya tədbirləri çərçivəsində Tumbul kəndi, “Gəmiqaya Bellisa” Mebel Fabriki, Tır parkı və Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi xüsusi məhlulla yuyulub.

Qeyd edək ki, muxtar respublika ərazisində, ümumilikdə 480 min kvadratmetr sahədə dezinfeksiya işləri həyata keçirilib. Bu tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Mahmud Hüseynov

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: