Son illər Culfa rayonunda aparılan tikinti-quruculuq işləri həyatın bütün sahələrini əhatə edir. İdarə, müəssisə və təşkilatlar üçün yeni binaların inşası da mütəmadi olaraq diqqətdə saxlanılır, işçilərin ilin bütün fəsillərində səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılır.
İnşasına 2019-cu ildən başlanılan Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati bina və texniki qarajların tikintisi davam etdirilir. Hazırda binanın dam örtüyü vurulub. Obyektdə son tamamlama işləri görülür. Elektrik və kommunikasiya xətləri çəkilib, pəncərələr salınıb, istilik sistemi quraşdırılıb. Hazırda binaya qaz xətti çəkilir, boya işləri görülür, çöl fasadın suvanması isə başa çatdırılıb. Maşınların saxlanması üçün qarajda işlər davam etdirilir. Binanın həyəti də abadlaşdırılacaq. Voleybol, 100 metr məsafəyə qaçış üçün idman yeri, yaşıllıq zolağı üçün yerlər hazırlanır. İnzibati binanın həyətyanı sahəsində 90 tonluq su hovuzunun tikintisi başa çatıb. İnşa edilən obyektdə təlim qülləsi, iş otaqları, arxiv və müşahidə zalı yerləşəcək.
Alcəfər Nurməmmədov
“Arazın səsi” qəzeti