Naxçıvanda ahılların tibbi müayinəsi təşkil olunub - VİDEO
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin birgə təşkil etdiyi tibbi aksiyada muxtar respublika xəstəxanasının 20-yə yaxın ixtisaslı həkimi iştirak edib. Sakinlər ayrı-ayrılıqda stomatoloq, prakotoloq, göz, travmatoloq, uroloq, radioloq, lor, terapevt, cərrah və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub. Hər hansı bir xəstəliyi aşkarlanan sakinə müalicələr təyin edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Novruz Məmmədov