Şərur rayonunda bu il 999 şagird birinci sinfə daxil olur - VİDEO
Şərur rayonunun ümumtəhsil məktəbləri yeni dərs ilinə hazırdır. Növbəti tədris ilində rayonda 10 min 488 şagird məktəblərə gedəcək, o cümlədən 999 şagird birinci sinifdə oxuyacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 1824 müəllim məşğul olacaq.
Bölgədə təhsil sahəsində əldə edilən nəticələr prioritet sahə olan təhsilin maddi-texniki bazasının ilbəil gücləndirilməsi sayəsində mümkün olur. Bu məqsədlə məktəblərdə yenidənqurma və təmir işləri görülüb. Şagirdlərin sağlamlığının qorunması məqsədilə bütün məktəblərdə dezinfeksiya işləri aparılıb, təhsil ocaqları məsafədən ölçən termometrlərlə təchiz edilib.
Yeni dərs ilinə hazırlıq işləri kənd yaşayış məntəqələrində də diqqətdə saxlanılıb.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov