Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında bilik yarışması keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Gözəlləşən diyarım Naxçıvan” mövzusunda keçirilən müsabiqədə 20-ə yaxın uşaq iştirak edib.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün təşkil edilən yarışma Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Oyunda iştirakçılar zehni və kiçik əl motorikasının inkşafı ilə bağlı müxtəlif tapşırıqları icra edib, verilmiş suallara düzgün cavab tapmağa çalışıblar.
Müsabiqənin sonunda bütün iştirakçılara oxunması zəruri olan kitablar hədiyyə olunub, göstərilən nəticələrə uyğun diplom və fəxri fərmanlar verilib.
Sadiq Məmmədov