Qrenlandiyadakı ən iri buzlaq parçalanıb. Səbəb iqlim dəyişmələridir

231

Qrenlandiyadakı ən iri arktik şelf buzlağından sahəsi təqribən 110 kvadrat kilometrə bərabər olan böyük bir buz massivi ayrılıb. Peykdən çəkilmiş fotoşəkillərdə aşkar görünür ki, 79N buzlağı hissələrə bölünüb.

NUHÇIXAN İnformasiya Agentliyi BBC agentliyinə istinadla xəbər verir ki, bu fakt Qrenlandiyada iqlim dəyişmələrinin sürətlənməsinə daha bir sübutdur.

Almaniyanın Erlangen-Nürnberq Universitetinin əməkdaşı Cenni Turton BBC agentliyinə müsahibəsində deyib: “1980-ci ildən bəri bu regionda havanın temperaturu 3 dərəcə artıb. 2019-cu və 2020-ci illərdə isə rekord dərəcədə yüksək temperatur qeydə alınıb”.

Uzunluğu təqribən 80 kilometr, eni isə 20 kilometr olan 79N buzlağı Qrenlandiyanın şimal-şərq buz axınının üzən qabaq hissəsidir. Buzlaq bu ərazidə qurudan okeana düşür və üzməyə başlayır. Buzlağın qabaq hissəsində o, iki yerə bölünür. Bir hissə şimala doğru üzür. Hazırda əsas hissədən ayrılan bu parçadır.

Hələ 2019-cu ildə buzlaqdan dərin çatlar əmələ gəlmişdi. 2020-ci ildə yayın çox isti keçməsi nəticəsində vəziyyət daha da gərginləşib. Buzlaq çoxsaylı aysberqlərə parçalanıb.

Peykdən çəkilən fotoşəkillərdə aşkar görünür ki, regionda temperatur yüksəlib. Su buz massivlərinə ziyan vurur. Nəticədə buzlağın şelf hissəsi zəifləyir.

Okeanaqraflar dəniz suyunun temperaturunun artmasını da sənədli şəkildə qeydə alıblar. Bu səbəbdən buzlaq həm də aşağı hissədən əriyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: