Sosial könüllülər sağlamlıq imkanları məhdud məktəblilərlə görüşüb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər müvafiq kateqoriyadan olan məktəblilərin evində olub, onlara yeni dərs ilinin ilk gününə hazırlanmasında köməklik ediblər. Sosial könüllülər məktəblilərlə tədris proqramlarına uyğun maarifləndirici söhbətlər aparıb, müvafiq tövsiyələr veriblər. Daha sonra könüllü gənclər məktəbliləri tədris alacaqları ümumtəhsil məktəblərinə aparıblar.