İstedadlı rəssamlar sorağında... - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 15 sentyabr-Bilik Gününə həsr olunmuş “İstedadlı rəssamlar sorağında” adlı rəsm sərgisi Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda təşkil olunub.
Sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva və Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov balaca rəssamları təbrik edib, yeni dərs ilində yaradıcılıq uğurları arzulayıblar.
20-dən çox istedadlı şagirdin 100-ə yaxın müxtəlif mövzulara aid əl işinin nümayiş olunduğu sərgidə fəallığına görə fərqlənən balaca rəssamlar diplom və hədiyyələrlə təltif ediliblər.
Mələk Əliyeva