Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron məlumat bazası istifadəyə verildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni elektron məlumat bazası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramında, elektron xidmətlərin genişləndirilməsinə dair verilmiş tapşırığın icrasına uyğun olaraq yaradılıb.

Bununla bağlı keçirilən tədbirdə Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin əməkdaşı Yusif Piriyev muxtar respublika üzrə müavinət, təqaüd və kompensasiya ödənilən vətəndaşlar haqqında yaradılmış mərkəzləşdirilmiş məlumat bazasının istifadəsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, yeni istifadəyə verilən baza Dövlət Sosial Təminat Xidməti ilə onun yerli bölmələri arasında müvafiq məlumat mübadiləsinin operativ və çevik qaydada təşkil etmək üçün yaradılıb. Bu məqsədlə Nazirlikdə bütün növ ödənişlərin müvafiq elektron informasiya resursları vasitəsilə mütəmadi olaraq bazaya daxil edilməsi və məlumatların vahid mərkəzdən idarə olunması üçün server quraşdırılıb.

Qeyd edək ki, dizayn və funksionallıq baxımından müasir tələblərə cavab verən məlumat bazası, Dövlət Sosial Təminat Xidmətinin və müvafiq yerli təşkilatların əməkdaşlarının faəliyyətində operativliyin və səmərəliliyin artırılmasına zəmin yaradacaq, bu sahədə elektron xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsinə təkan verəcəkdir.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: