Diasporla İş üzrə Dövlət Komitəsi “Qarabağdan danışaq” adlı yeni layihəni təqdim edib. Layihə çərçivəsində Qarabağın mülki əhalisinin xatirələrinin videolentə alınması nəzərdə tutulur.
Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, televiziya layihəsinin ilk buraxılışı artıq “Diaspor TV”də yayımlanıb. Verilişdə hazırda Norveçdə yaşayan Xankəndi sakini Arzu Rzayeva doğulub böyüdüyü doğma şəhəri, Şuşada təhsil aldığı illər, Qarabağda yaşayan ermənilərin azərbaycanlılara münasibəti və sair haqqında danışıb.
Komitə “Qarabağdan danışaq” verilişində xaricdə yaşayan azərbaycanlılarla bərabər, torpaqlarımızın işğalı nəticəsində doğma yurdundan didərgin düşmüş soydaşlarımızın xatirələrini də lentə alaraq Qarabağın mülki əhalisinin başına gətirilənləri dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir.