Fövqəladə hallara hazırlıq işi diqqətdə saxlanılır - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, eyni adlı tədbir Nаzirliyin Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən Onkoloji Mərkəzində, Naxçıvan Muxtar Respublika Kitabxanasında və Dövlət Baytarlıq Xidmətində keçirilib.

Tədbirin məqsədi müəssisə işçilərinə payız-qış mövsümünə hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə məlumat vermək, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş qaydalara əməl olunması üzrə işçilərin məsuliyyətini artırmaqdır.

Tədbirlərdə “Müəssisələrdə fövqəladə hallara hazırlıq günün tələbidir” mövzusunda və “Yanğın təhlükəsizliyi tələblərinə əməl olunması, dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət  qaydaları” haqqında iştirakçılar məlumatlandırılıb.

Maarifləndirici tədbir zаmаnı əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаrdаn istifаdə еdilib, iştirakçıları mаrаqlаndırаn suаllаr cаvаblаndırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: