Yanvar-iyul ayları ərzində Azərbaycanda 70 min 390 körpə doğulub

A- A A+

Yanvar-iyul ayları ərzində Azərbaycanda 70 min 390 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 1896-sı əkiz, 69-u isə üçəmdir.

Yeddi ay ərzində ölkədə 37 min 426 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: