Şahbuzda payızlıq taxıl əkinlərinə hazırlıq başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonun ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri sentyabr ayının əvvələrindən payız şumuna  başlayıblar.  “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz Rayon Bazasına, fiziki şəxslərə və ailə təsərrüfatçılarına məxsus  15-ə yaxın texnikanın gücündən istifadə olunmaqla artıq 300 hektar  sahədə şum qaldırılıb.Şum  əsasən Şahbuz  şəhərində, Şahbuzkəndə, Sələsüz, Türkeş, Mərəlik, Badamlı və digər kəndlərdə aparılır.

Ötən il Türkeş kəndində 350 hektar, bu il isə Sələsüz, Mərəlik və Türkeş kəndlərinin digər torpaq sahələrində  270 hektar  sahədə qapalı suvarma sistemlərinin qurulması torpaq mülkiyyətçilərinin əkinlərə marağını artırıb. Beləki, ötən il 1563 hektar sahədə taxıl əkinləri aparan torpaq mülkiyyətçiləri bu il taxıl sahələrini 1700 hektara çatdırmağı planlaşdırır.                                                                                         

Hazırda rayonun Külüs kəndinin Düz massivində 400 hektara yaxın sahədə  inşa olunan nasos stansiyası vasitəsi ilə  bu kənddə də   uzun illərdir əkilməyən torpaq sahəsinin suvarma suyu yaxşılaşacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində  2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə sessiyada Ali Məclis Sədri qapalı suvarma şəbəkələrinin qurulmasının payız əkin mövsümünə qədər başa çatdırılması barədə tapşırıq verib.

                                                                

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: